Abşeron rayonunda 15 yaşlı qız eyvandan yıxılaraq ağır xəsarətlər alıb.
Modern.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.
Ayan Aslanovanın atası Ramiz Aslanov iddia edir ki, əraziyə çağırılan Təcili Tibbi Yardım avtomobili hadisə yerinə gəlməyib. Övladının çoxlu qan itirdiyini görən ata qızını fərdi avtomobillə xəstəxanaya aparmaq məcburiyyətində qalıb.
Ailənin qonşusu Nərmin Dadaşova iddia edir ki o da hadisədən xəbər tutan kimi dərhal aidiyyəti üzrə Təcili Tibbi Yardım avtomobili üçün müraciət edib. Amma onun da zəngləri nəticəsiz qalıb.
Hadisə barədə TƏBİB-dən reaksiya bildirilib.
Daha ətraflı videomaterialı təqdim edirik: