Modern.az

Allahşükür Paşazadə Qazaxıstana gedir

Allahşükür Paşazadə Qazaxıstana gedir

23 Sentyabr 2013, 15:53

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

Səfərdən məqsəd sentyabrın 25-də Astanada keçiriləcək «Qazaxıstan Respublikası Prezidentinin sivilizasiyaların dialoqunda rolu» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.
QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər Qazaxıstan Parlament Senatının sədri Kayrat Maminin dəvəti əsasında həyata keçirilir. Konfrans prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunur. Astana sammitlərinin mütəmadi iştirakçısı olmuş Şeyxülislam Allahşükür Paşazadə konfransın Rəyasət Heyətində təmsil olunur. QMİ sədri konfransın açılış mərasimində çıxış edəcək. Sentyabrın 26-dək davam edəcək səfər müddətində Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşləri, o cümlədən, Astana Sammitlərinin Təşkilat Komitəsinin sədri, Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbulu nəzərdə tutulub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?