Modern.az

Ağ Ev Yaxın Şərqdə müharibənin genişlənəcəyi ssenariyə hazırlaşır

Ağ Ev Yaxın Şərqdə müharibənin genişlənəcəyi ssenariyə hazırlaşır

5 Yanvar 2024, 10:14

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail və Qəzza zolağındakı münaqişənin Yaxın Şərq ölkələri arasında müharibəyə çevrilməsi ehtimalına hazırlaşır.

 

Modern.az xəbər verir ki, "Politico" bu barədə mənbələrə istinadən yazıb.

 

Bildirilib ki, bu, Amerika prezidentinin seçki kampaniyasına mane ola bilər.

 

Qəzet yazır ki, Bayden administrasiyasının rəsmiləri Vaşinqtonun Qəzzadakı müharibənin daha geniş, uzanan regional münaqişəyə çevrilməsinə cavab verməsi üçün planlar hazırlayır.

 

Qeyd olunur ki, Yaxın Şərqdə hərbi əməliyyatların artması ABŞ-ın milli təhlükəsizliyini təhdid edə bilər. Agentlik mənbələrinin məlumatına görə, ABŞ ordusu İranın dəstəklədiyi İraq və Suriyadan mümkün hücumları dəf etmək üçün planlar hazırlayır.

 

Agentliyin fikrincə, münaqişənin kəskinləşməsi ABŞ prezidenti Co Baydenin yeni müddətə seçilməsinə mane ola bilər. Bayden müharibələrə son verəcəyinə söz verərək prezidentliyə daxil olarkən, o, ilk müddətini Ukraynanı nə qədər lazımdırsa, dəstəkləmək niyyəti ilə başa vurur, eyni zamanda İsraili fəal şəkildə dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri