Modern.az

Dəmir yolundan silah-sursat tapıldı 

Dəmir yolundan silah-sursat tapıldı 

Aktual

5 Yanvar 2024, 13:36

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibirli avtomat patronları aşkar olunub.

 

Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!