Modern.az

Dekabrda sərhəddə 2.3 milyon manatlıq qaçaqmal aşkarlanıb

Dekabrda sərhəddə 2.3 milyon manatlıq qaçaqmal aşkarlanıb

Aktual

5 Yanvar 2024, 14:28

2023-cü ilin dekabr ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, gözyaşardıcı qaz balonu, ov tüfənginə məxsus patronlar, spirtli içkilər, müxtəlif adda dərman preparatları, tütün məmulatları və külli miqdarda priotexniki vasitələr saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!