Modern.az

Şəhidin dəfnində ürəkdağlayan anlar: \"Səndən doymadım...\"

Şəhidin dəfnində ürəkdağlayan anlar: \

5 Yanvar 2024, 18:34

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.

 

Modern.az-ın məlumatına görə, dəfn mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

İyirmi səkkiz yaşlı gizir Həsən İsmayılov ailəli idi. Onun iki övladı yadigar qalıb.

 

Dəfn mərasimində ürəkdağlayan anlar yaşanıb.

 

Qeyd edək ki, qəzada həlak olan hərbçiyə şəhid statusu veriləcək.

 

İTV tərəfindən lentə alınan sözügedən görüntüləri təqdim edirik:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...