Bir müddət öncə Yazıçılar Birliyinin dəvəti ilə P. Koelyonun Azərbaycana gələcəyi gözlənilirdi. Məşhur yazıçının Azərbaycana gəlmə dəvətindən imtinasına aydınlıq gətirən Çingiz Abdullayev Modern.az-a bildirib ki, braziliyalı yazar həddən çox böyük məbləğdə qonorar istəyib.
“Əgər Yazıçılar Birliyi hansısa yazıçını ölkəmizə dəvət edirsə, onun bütün ehtiyaclarını qarşı tərəf ödəyir. Biz də onun təyyarə biletinin, burada qarşılanmağının, otelinin, yeməyinin hamısının qarşılamağa razı idik. Onun Bakıya gəlməsinə Prezident Administrasiyası da razılıq və dəstək vermişdi. Amma Paulo Koelyo ilə sonda anlaşa bilmədik”.
Gültəkin ƏLƏSGƏR