Modern.az

Müsavat Əli Kərimliyə ürək-dirək verdi

Müsavat Əli Kərimliyə ürək-dirək verdi

23 Sentyabr 2013, 18:09

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda verilən qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,y ığıncaqda “Demokratik Qüvvələrin Milli Şurası” təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədliyi qeydə alınmış professor Cəmil Həsənlinin 22 sentyabr tarixində Bakı şəhərində seçicilərlə görüşünün yüksək səviyyədə keçirildiyi qeyd edilib. Bu işdə əməyi olan funksionerlərə və bütün tədbir iştirakçılarına partiyanın Divanı adından təşəkkür edilib. Bu görüşün baş tutmaması üçün müxtəlif təşkilatlar və şəxslər tərəfindən həyata keçirilən qeyri-qanuni hərəkətlər, o cümlədən müsavatçı gənclərin polis tərəfindən saxlanması pislənilib. Seçicilərlə növbəti görüşün 29 sentyabrda həmin yer və həmin saatda keçirilməsi müsbət qiymətləndirilib. Seçki kampaniyasının daha da uğurlu alınması üçün müxtəlif təkliflər irəli sürülüb və müzakirə edilib.

Divanda həmçinin Əli Kərimlinin oğlu Türkel Kərimlinin  və digər gənclərin polis tərəfindən saxlanılaraq sifarişli məhkəmə tərəfindən 25-30 günlüyə həbs edilməsi Müsavat partiyası tərəfindən pislənilib.

Divan professor Cəmil Həsənlinin namizədlər üçün ayrılmış efir vaxtı zamanı hakimiyyətin dəstəklədiyi namizəd tərəfindən təhqirlərə, fiziki təzyiqlərə və ölümlə təhdidlərə baxmayaraq MSK-nın Cəmil Həsənlinin şikayətinə baxarkən təhqir edən tərəfin təhqirə məruz qalan tərəfdən daha yüngül cəza ilə cəzalandırılmasını Cəmil Həsənliyə qarşı haqsızlıq kimi qiymətləndirib və namizədlərə bərabər şəraitin yaradılmaması kimi qiymətləndirib.

Sonda cari məsələlərə baxılıb.

A.RÜSTƏMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?