Modern.az

Piyada keçidində "Prius" sürən şəxs həbs edildi - VİDEO

Piyada keçidində

Hadisə

6 Yanvar 2024, 18:15

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib

 

Bakı şəhər BPİ DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

 

 

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var