Modern.az

“Litres azərbaycanlı yazıçılara qonorar verəcək”

“Litres azərbaycanlı yazıçılara qonorar verəcək”

23 Sentyabr 2013, 18:55

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN Klubun rəhbəri Çingiz Abdullayev mətbuat konfransında bildirib. O, qeyd edib ki, bir ildən çoxdur ki, “Litres.ru” ədəbi portalı ilə müqavilə bağlanılıb. İlk dəfə olaraq bu saytda Azərbaycan dilində də yazıçılarımızın əsərləri yayımlanacaq.

“Əsərləri “Litres”də nəşr edilən yazıçılarımıza qonorar da ayrılacaq. Elektron kitablarla bərabər əsərlərin kağız variantlarının da nəşri nəzərdə tutulur”.

PEN Klubun vitse-prezidenti Natiq Rəsulzadə isə bildirib ki, gələcəkdə PEN Klubda gənc yazıçılar üçün “ustad dərsləri” təşkil olunacaq. Həftədə bir dəfə keçiriləcək dərslərə gələcəkdə Nobel mükafatı laureatları, məşhur xarici yazarlar da dəvət olunacaqlar.  

Gültəkin ƏLƏSGƏR    
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?