Modern.az

Qəbələdə ağır qəza - Ölən var

Qəbələdə ağır qəza - Ölən var

6 Yanvar 2024, 23:40

Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin - 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü