Modern.az

Aygün Bəylərin prodüseri DANIŞDI

Aygün Bəylərin prodüseri DANIŞDI

Aktual

7 Yanvar 2024, 00:44

Əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə onun prodüseri məlumat yayıb.

 

O, Əməkdar artistin Türkiyə saatı ilə 03:00 radələrində (Bakı vaxtı ilə 04:00) Bakıya gətiriləcəyini qeyd edib:

 

“Aygün xanım rəhmətə getməyib. Yayılan məlumatlar yanlışdır. Onu süni nəfəs aparatına qoşublar. Bizə bildiriblər ki, 03:00 radələrində Ankara Hava limanında olaq. Şəxsi təyyarə ilə gətiriləcək. Çəkilişə də icazə verilməyəcək”.

 

Prodüser Aygün Bəylərin vəziyyətinin anidən pisləşdiyini bildirib:

 

“Vəziyyəti dünənə qədər yaxşı idi. Günorta da yaxşı idi. Mən Ankarada yanında idim. İllərdir ki, İstanbulda yaşayıram. Mənə dedi ki, “get İstanbula işlərini gör, gəl. Bazar günü qayıdarsan. Ankaradan qayıtmışam. Kaş, Getməz olardım”.

 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. (oxu.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!