Modern.az

Britaniya uran yanacağının istehsalına 381 milyon dollar ayırıb

Britaniya uran yanacağının istehsalına 381 milyon dollar ayırıb

7 Yanvar 2024, 10:12

Böyük Britaniya nüvə reaktorları üçün yüksək dərəcəli az zənginləşdirilmiş uran yanacağının istehsalına başlamaq üçün 300 milyon funt sterlinq (381 milyon dollardan çox) investisiya etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, Böyük Britaniya Avropada belə istehsala start verən ilk ölkə olacaq. İnvestisiya ölkəni 2050-ci ilə qədər 24 GVt-a qədər nüvə enerjisi ilə təmin etməyə kömək edəcək ki, bu da krallığın ümumi elektrik enerjisi istehlakının 25 faizini təşkil edir. Uran yanacağı istehsalı üzrə ilk zavodun 2030-cu ilə qədər işə salınması planlaşdırılır.

 

Zənginləşdirilmiş uran az enerjili atom elektrik stansiyaları üçün istifadə olunur. Rusiya və ABŞ tərəfindən istehsal olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, ABŞ yalnız 2035 və ya 2040-cı ilə qədər bunu təmin etməyə hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi