2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Həmin müddətdə professor elmi adı verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb.