Modern.az

Artur Rəsizadə büdcə zərfini prezidentə təqdim etdi

Artur Rəsizadə büdcə zərfini prezidentə təqdim etdi

23 Sentyabr 2013, 20:45


Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Nazirlər Kabiteninin yaydığı məlumata görə, iclası giriş sözü ilə açan baş nazir Artur Rasi-zadə vurğulayıb ki, dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və  dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?