Modern.az

Aygün Bəyləri məhkəməyə verən Röyadan PAYLAŞIM

Aygün Bəyləri məhkəməyə verən Röyadan PAYLAŞIM

Aktual

7 Yanvar 2024, 10:44

Xalq artisti Röya Ayxan vəfat edən Əməkdar artist Aygün Bəylərin ailəsinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün instaqram səhifəsində paylaşım edib.

 

O, Aygün Bəylərin ifasını paylaşaraq yazıb: “Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin!”

 

Xatırladaq ki, illər öncə Röya Ayxan ilə Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Mərhum müğənninin efirdə Röya Ayxanla bağlı işlədiyi ifadələr onun narazılığına səbəb olmuşdu. Röya Ayxan bu səbəbdən onu təhqir iddiası ilə məhkəməyə vermişdi.

 

R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

1313271

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!