Tatarıstandakı Komsomolskoye gölündə Qış Üzgüçülük Günü keçirilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq insanlar gölə axışıblar.
Artıq üçüncü ildir ki, Komsomolskoye gölündə Qış Üzgüçülük Günü tədbiri keçirilir.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin məlumatına görə, tədbir zamanı havanın temperaturu mənfi 19 dərəcəyə düşüb.