Ukraynanın Rusiya tərəfindən ilhaq edilən Luqansk vilayətində iki azərbaycanlı - İbrahim Əliağayev və Ruslan Əsədov itkin düşüb. Məlumatı "Baku TV"nin Ukraynadakı əməkdaşı verib.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən Modern.az-a bildirilib ki, səfirliyin həmin ərazi ilə bağlı məlumatı dəqiqləşdirmək imkanı yoxdur.
“Belə məlumatlar olduqda bir qayda olaraq Ukrayna tərəfindən müvafiq sorğu göndərilir. Təəssüf ki, Ukraynanın nəzarətində olmayan ərazilərlə bağlı məlumatları dəqiqləşdirmək mümkün olmur”, - o deyib.
Qeyd edək ki, itkin düşənlərlə bağlı bir həftədən çoxdur məlumat alınmır. Onların axtarışları isə yalnız yaxınları tərəfindən aparılır.