Modern.az

Əli Kərimlinin oğlu İngiltərədə hüquqşünas təhsili alır

Əli Kərimlinin oğlu İngiltərədə hüquqşünas təhsili alır

24 Sentyabr 2013, 00:28


AXCP sədri, Milli Şuranın üzvü Əli Kərimli deyib ki, oğlu Türkelin sentyabrın 23-də polisə müqavimət iddiası üzrə 25 sutkalığa həbs olunması onun təhsilinə mənfi təsdir göstərəcək.

”Bu həm mənə, ailəmə təzyiqdir, həm də oğlumun təhsil almasına mane olmaq məqsədi daşıyır”-deyə Ə.Kərimli “Mediaforum”a bildirib.

Əli Kərimli deyib ki, Türkelin təhsildə yüksək nailiyyətlər əldə etməsi bəzi adamları narahat edib.

”Oğlum İngiltərənin ən qabaqcıl universitetlərdən birinin hüquq fakültəsinin üçüncü kursunda təhsil alır, gələcək hüquqşünasdır, qanunlara hörmətlə yanaşır. O yaxşı bilir ki, hakimiyyət atasına necə münasibət göstərir. Ona görə də hərəkətlərində olduqca diqqətlidir, hər hansı problemin yaradılması üçün heç zaman heç kimə bəhanə vermir. Buna baxmayaraq hakimiyyət sübut etdi ki, heç bəhanə olmadan da qurama iş açmaq olur”.

AXCP sədri bildirib ki, sentyabrın 24-də oğlunun dərsləri başlayır: “Hökumətin bu qəsdi nəticəsində Türkel dörd həftə dərsə gedə bilməyəcək”.

Modern.az  
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?