Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonunda Ələt-Astara yolunun 77-ci kilometrliyində vətəndaşa məxsus “SUPER MAZ” və “KAMAZ” markalı 2 yuk avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, “KAMAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdü Cabbarov Mirhadı Abdulqafar oğlu həlak olub, sərnişini xəsarət alıb. “SUPER MAZ” markalı minik avtomobilinin sürücüsü isə yaralanıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralıları və M.Abdulqafarovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 04:30-da başa çatıb. Hadisə yerindən qayıdarkən hava şəraiti ilə əlaqədar “MERCEDES” markalı avtomobil yoldan çıxaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər həmin avtomobili xüsusi alət və avadanlıq vasitəsilə təhlükəsiz yerə çəkinlər.
Modern.az