Modern.az

“Dünəndən özümə gələ bilmirəm” - Könül Xasıyeva

“Dünəndən özümə gələ bilmirəm” - Könül Xasıyeva

Aktual

7 Yanvar 2024, 20:25

“Dünəndən özümə gələ bilmirəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərin ölümündən danışan sənət yoldaşı, Xalq artisti Könül Xasıyeva deyib.

 

O, Aygün Bəylərin ailəsinə başsağlığı verib:

 

“Xalqımızın başı sağ olsun. Sənətsevərlərin başı sağ olsun. Çox pis təsir elədi. Dünəndən özümə gələ bilmirəm. Hamımız bu yolun yolçusuyuq. Gənc, gözəl sənətkar idi. Yaradıcı insan idi. Rəhmət diləyirəm. Körpə balasına cansağlığı arzu edirəm. Başımız sağ olsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama