Modern.az

Elana aldandı, dələduzluğun qurbanı oldu - VİDEO

Elana aldandı, dələduzluğun qurbanı oldu - VİDEO

Aktual

7 Yanvar 2024, 22:16

Sosial şəbəkədəki elana aldanaraq kredit götürmək istədi, dələduzluğun qurbanı olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Masallının Çaxırlı kənd sakini Ramin Şıxəliyevin başına gəlib. O, bir nəfərin sosial şəbəkədə təşkilatlardan birinin adı ilə canlı yayım açaraq vətəndaşlara müxtəlif məbləğlərdə kredit verildiyini görüb.

 

Verilən kredit təklifindən yararlanmaq istəyən R.Şıxaliyev də canlı yayımdakı qadınla əlaqə saxlayıb. Elə bu danışıqdan sonra da qadının qurduğu tələyə düşüb. Ramin Şıxaliyev 1000 manat məbləğində kredit almaq istəyib və sənədləşmə işləri üçün də həmin qadının verdiyi bank kartına 85 manat pul göndərib.

 

Ramin Şıxəliyev deyir ki, bir neçə gündür fərqli mobil nömrələrlə həmin qadınla əlaqə saxlamaq istəyib. Lakin, onun heç bir zənginə və yazdığı mesajlara cavab verilmir.

 

Daha ətraflı süjetdə:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama