Bu gün səhər saatlarından Bakının əsas küçə və prospektlərində uzunmüddətli tıxaclar yaranıb. Modern.az-ın məlumatına görə, belə tıxaclardan biri hazırda metronun “Koroğlu” stansiyası ətrafında, Heydər Əliyev prospekti boyunca yaşanır. Burada nəqliyyatın hərəkəti demək olar ki, iflic olub.
Babək prospektində də vəziyyət bu cürdür.