Modern.az

Tələbələrə şad xəbər: Universitet şəhərciyi salınacaq 

Tələbələrə şad xəbər: Universitet şəhərciyi salınacaq 

8 Yanvar 2024, 00:47

Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq.

 

Modern.az xəbər verir ki bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.

 

Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi