Modern.az

Yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

Yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

8 Yanvar 2024, 08:54

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

 

Modern.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:

 

• Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;

 

• Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;


• Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;

 

• Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;

 

• Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;

 

• Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü