Modern.az

Masallıda əməliyyat - Saxlanılanlar var

Masallıda əməliyyat - Saxlanılanlar var

8 Yanvar 2024, 09:34

Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

 

Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini İ.Əlizadə saxlanılıb. Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü