Modern.az

Biləcəridə qanunsuz tikililər söküldü - VİDEO

Biləcəridə qanunsuz tikililər söküldü - VİDEO

8 Yanvar 2024, 09:56

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, bu çərçivədə, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü