Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
“Bunlardan 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib. Belə ki, 3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”, - o qeyd edib.