Modern.az

Əfqanıstanda 1 azərbaycanlı yaşayır - EKSKLÜZİV

Əfqanıstanda 1 azərbaycanlı yaşayır - EKSKLÜZİV

Ölkə

8 Yanvar 2024, 12:34

“Əfqanıstanda bizə məlum olan bir nəfər vətəndaşımız yaşayır”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib. 

 

Məlumatda sözügedən şəxsin adı və soyadı açıqlanmayıb.

 

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bu il Əfqanıstanda diplomatik missiyamızın fəaliyyətə başlayacağını bildirib.

 

Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI