Modern.az

İstilik təchizatında alternativ enerji mənbələrindən istifadə qiymətləndirilməlidir

İstilik təchizatında alternativ enerji mənbələrindən istifadə qiymətləndirilməlidir

Aktual

8 Yanvar 2024, 13:20

İstilik təchizatı sistemləri ilə bağlı problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər iriəli sürülüb.

 

Modern.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Ötən əsrin 60-70-ci illər texnologiyalarına əsasən yaradılan və bu gün qeyri effektiv fəaliyyət göstərən mərkəzləşdirilən istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi təklif edilib.

 

Bundan başqa, istiliklə təmin edilməyən ərazilərin, məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik təchizatı variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması, mövcud istilik təchizatı mənbələrinin modernləşdirilməsi, yeni tikilən yaşayış və inzibati binaların layihələrində optimal istilik təchizatı sisteminin nəzərə alınması, yaşayış binalarında binadaxili sistemlərinin yenidən qurulması və fərdi xidmətin təşkili üçün optimal istilik təchizatı sisteminin yaradılması təklif olunub.

 

Həmçinin istilik və isti su təchizatı xidmətlərinin uçotunun aparılması və qiymətləndirilməsi üçün sayğaclaşmanın aparılmas, şəhərin istilik təchizatı sistemində bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş enerjisi və istilik nasoslarından istifadə imkanlarının qiymətləndirilməsi və pilot layihələr həyata keçirməklə real nəticələrin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi təklif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü