Modern.az

Liviyada neft yatağının istismarı dayandırıldı - SƏBƏB

Liviyada neft yatağının istismarı dayandırıldı - SƏBƏB

8 Yanvar 2024, 13:54

Liviya Milli Neft Korporasiyası yanvarın 7-dən etibarən Əl-Şarara neft yatağının tamamilə bağlanması ilə əlaqədar fors-major vəziyyət elan edib.

 

Modern.az xəbər verir ki, etirazçıların hərəkətləri səbəbindən Zaviyə limanına yanacağın tədarükü kəsilib.

 

Əş-Şərara yatağında hasilat sutkada 300 min barel təşkil edib. Yanvarın 2-də ölkənin cənub-qərbində yerləşən Fezzan bölgəsinin sakinləri tətil elan ediblər.

 

Yerli sakinlər mütəmadi olaraq yanacaq təchizatında fasilələr, infrastrukturun kifayət qədər inkişaf etməməsi və qaçaqmalçılığın artması barədə şikayət edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi