Modern.az

Ələkrəm Hümmətov İrəvandan Qarabağa gedəcək

Ələkrəm Hümmətov İrəvandan Qarabağa gedəcək

24 Sentyabr 2013, 12:16


Qondarma “Talış Muğan Respublikası”nın yaradıcısı, Azərbaycandan deportasiya edilmiş Ələkrəm Hümmətov Ermənistana gedib. Modern.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Ə.Hümmətov Ermənistan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılşında iştirak edəcək. Təbir bu gün baş tutacaq.

Daha sonra o Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa gedəcək.   Xatırladaq ki, Ə.Hümmətovun 1993-cü ildə elan etdiyi “Talış-Muğan Respublikası” qısa bir vaxt ərzində Azərbaycanda ciddi etirazla qarşılanıb və bu avantüra suqut edib. Ə.Hümmətov uzun illər həbsdə qaldıqdan sonra 2004-cü ildə vətəndaşlıqdan məhrum edilərək, ölkədən deportasiya olunub.

 
Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?