Modern.az

Yardıma ehtiyacı olan təcili yardım maşını - VİDEO

Yardıma ehtiyacı olan təcili yardım maşını - VİDEO

Aktual

8 Yanvar 2024, 16:42

Yarasız vəziyyətdə çağırışlara gedən təcili tibbi yardım maşınının görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Modern.az xəbər verir ki, 44-AC-447 dövlət nömrə nişanlı təcili yardım avtomobilinin bu vəziyyətdə istifadədə olması vətəndaşlar arasında narazılığa səbəb olub.

 

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı nişanı ərazi üzrə Masallı rayonuna aiddir. Vətəndaşlar iddia edirlər ki, təcili tibbi yardım avtomobilinin qapıları bağlanmır, yararsız vəziyyətdədir və içərisində meyit aparılır. 

 

Məsələ ilə TƏBİB-dən oxu.az-a bildirilib ki, yayılan videogörüntülər araşdırılıb:

 

“Sözügedən nəqliyyat vasitəsinin istismar müddəti bitdiyinə görə uzun müddətdir ki, xidmətdən kənarlaşdırılıb. Çəkiliş aparılmış nəqliyyat vasitəsi xidməti avtomobil deyil”.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü