Modern.az

Masallıda meşə ərazisində YANĞIN

Masallıda meşə ərazisində YANĞIN

Hadisə

8 Yanvar 2024, 16:18

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxnlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var