Modern.az

Xarici ölkələrdə 34 nəfərə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədi tanındı

Xarici ölkələrdə 34 nəfərə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədi tanındı

Təhsil

8 Yanvar 2024, 17:06

Xarici ölkələrdə (Türkiyə, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Macarıstan, Ukrayna, Şimali Kipr Türk Respublikası, İtaliya, İsveçrə, Koreya Respublikası) 34 nəfərə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənəd 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tanınıb.

 

Bu barədə Modern.az-a Ali Attestasiya Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, onlardan 10 nəfərə iqtisad elmləri üzrə, 5 nəfərə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Tarix, hüquq elmlərinin hər biri üzrə 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. Həmçinin tibb, texnika, pedaqogika elmlərinin hər biri üzrə 2 nəfər, riyaziyyat, fizika, biologiya elmləri, əczaçılıq elmləri, sənətşünaslıq, sosiologiya və filologiya elmlərinin hər biri üzrə isə 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi