Modern.az

Zərdüşt Əlizadə qardaşını “iqtidar adamı” adlandırdı

Zərdüşt Əlizadə qardaşını “iqtidar adamı” adlandırdı

24 Sentyabr 2013, 12:44

“İdeologiyası olan namizəd yoxdur”


“Prezident seçkilərində müxtəlif ideologiyaları təmsil edən şəxslərin iştirakı əslində görüntüdür”.

Bu sözləri Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə kampaniyaya qoşulan siyasətçilərin ideoloji yönümləri ilə bağlı sualı cavablandırarkın bildirib.

Politoloq bildirib ki, seçkidə müxtəlif ideologiyaları təmsil edən şəxslərin iştirakına münasibət yanaşır, lakin bu, əslində real vəziyyəti əks etdirmir: “Orda hər hansı ideologiyanın sahibi olan bir nəfər də yoxdur. Hərə öz mənfəətini düşünür”.

Siyasi təhlilçinin fikrincə, əslində siyasi mühitdə heç bir rəngarənglik və plüralizm elementləri müşahidə edilmir. “Prezident olmaq istəyənlərin arasında Milli Şuranın namizədi Cəmil Həsənlini çıxmaq şərti ilə hamısı hakimiyyətin istədiyi adamlardır”-deyə politoloq Zərdüşt Əlizadə deyib.

Seçkinin nəticələrinə gəlincə isə, politoloq bildirib ki, heç bir ümumi dəyişikliyə hesablanan gözləntisi yoxdur.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?