Modern.az

Azərbaycan nefti 80 dollara DÜŞDÜ

Azərbaycan nefti 80 dollara DÜŞDÜ

Aktual

9 Yanvar 2024, 09:00

"Azeri Light" markalı Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,12 ABŞ dolları, yaxud 3,74 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM