Modern.az

Vitse-spiker İrana gedir

Vitse-spiker İrana gedir

Parlament

8 Yanvar 2024, 17:44

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli yanvarın 9-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, səfərdə vitse-spiker Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının komitələrinin iclaslarında iştirak edəcək.

 

Səfər yanvarın 11-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI