Modern.az

Əli Kərimli oğluna vəkil tutdu

Əli Kərimli oğluna vəkil tutdu

24 Sentyabr 2013, 12:56


AXCP sədri Əli Kərimli ötən gün həbs edilən oğlu Türkel Kərimlinin hüquqlarının müdafiəsi üçün vəkil tutub. AXCP sədrinin müavini Nurəddin Məmmədlinin Modern.az-a verdiyi məlumata görə, Türkel Kərimlinin hüquqlarını vəkil Fəxrəddin Mehdiyev müdafiə edəcək.

AXCP rəsmisinin sözlərinə görə, vəkil Türkel Kərimlinin işindən yuxarı instansiyalara şikayət edəcək

“İşlə bağlı vəkil Fəxrəddin Mehdiyev yuxarı instansiyalara şikayət edəcək. Təbii ki, biz hüquqi müstəvidə bütün mümkün addımları atacağıq. Bu işi Avropa İnsan Haqları Məhkəməsinə qədər daşıyacağıq”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ötən gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə 25 sutka azadlıqdan mərhum edilib. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB