Modern.az

İTV-dən namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA

İTV-dən namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı AÇIQLAMA

24 Sentyabr 2013, 13:05


İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən prezidentliyə namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı Modern.az-a açıqlama verilib.

Açıqlamada deyilir: ”2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin ödənişli əsaslarla təşviqatı üçün İctimai Televiziya və İctimai Radioda ayrılmış efir vaxtı və şərtlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə İctimai Televiziya və Radio Yayımları Şirkəti MSK-ya məktub göndərib ki, ictimaiyyətə məlumat verilsin. Seçki Məcələsinin  81.4-cü maddəsinə görə, seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda saxlanan əlavə efir vaxtı ilə əlaqədar Məcəllənin 80.4-cü maddəsində göstərildiyi kimi, ödənişli təşviqatdan istifadə hüququ olan subyektlər şirkətə seçkiqabağı təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi. Sentyabr 23-də həmin müddət bitsə də, heç bir təşviqat subyekti tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəsmi müraciət daxil olmayıb. Şirkət ödənişli təşviqat üçün ehtiyatda saxlanmış vaxtla bağlı hüququ olan subyektlərin müraciət etməməsini nəzərə alaraq, həmin vaxtın yeni tərəfdaşlara satılması barədə müqavilə öhdəliyi götürüb”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?