Modern.az

Röyadan Aygün Bəylərlə bağlı təsirli paylaşım: Çox heyif...

Röyadan Aygün Bəylərlə bağlı təsirli paylaşım: Çox heyif...

Aktual

8 Yanvar 2024, 23:40

Xalq artisti Röya Ayxan Əməkdar artist Aygün Bəylərin məzarına əklil göndərib.

 

Modern.az ki, bu barədə estrada ulduzu “Instagram” hesabında paylaşım edib.

 

Sənətçi hekayə bölməsində bu sözləri qeyd edib:

 

“Sənətkar, ruhunuz şad olsun. Çox heyif. Sizinlə tanış ola bilmədik. İnanıram ki, siz məni çox istəyərdiz. Çünki biz sizi sevirik”.

 

Xatırladaq ki, illər öncə Röya Ayxan ilə Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Mərhum müğənninin efirdə Röya Ayxanla bağlı işlədiyi ifadələr onun narazılığına səbəb olmuşdu. Röya Ayxan bu səbəbdən onu təhqir iddiası ilə məhkəməyə vermişdi.

 

R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

 

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM