Modern.az

Milli Şura regionlara çıxır: Cəmil Həsənli Şirvanda mitinq təyin ETDİ

Milli Şura regionlara çıxır: Cəmil Həsənli Şirvanda mitinq təyin ETDİ

24 Sentyabr 2013, 13:28

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkiqabağı bölgələrə səfəri başlayır. Modern.az-ın məlumatına görə, prezidentliyə namizəd Şirvan şəhərində seçicilərlə görüş-mitinqi keçirəcək.

Məlumatı Milli Şurada təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) təsdiq ediblər. Partiyadan Modern.az-a bildirilib ki, Cəmil Həsənlinin Şirvanda keçirəcəyi mitinqlə bağlı KXCP regional şöbələrinə tapşırıqlar verib.

Milli Şuranın Şirvana səfəri KXCP-nin İdarə Heyətinin toplantısında da müzakirə edilib. KXCP mitinqə hazırlıq işlərinə start verib.

Mitinqin nə zamana təyin olunacağı hələki dəqiq bilinmir. Çox güman ki, səfər Milli Şuranın 29 sentyabrda Bakıda keçirəcəyi mitinqdən sonra baş tutacaq.

Əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün Milli Şura üzvləri ilə əlaqə saxlayıb. Bildirilib ki, hazırda Cəmil Həsənli Seçki Qərargahını toplayaraq iclas keçirir. İclasda Şirvan görüşü ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?