Modern.az

DSX-nin Akademiyasında təhsil alan əcnəbilərin SAYI

DSX-nin Akademiyasında təhsil alan əcnəbilərin SAYI

Aktual

9 Yanvar 2024, 09:32

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında altı ildir ki, xarici kursantlar da təhsil alır. Bu tələbələrə ilk növbədə ana dilimiz - Azərbaycan dili tədris olunur.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov deyib.

 

Azər İbrahimov bildirib ki, dövlətlərarası sazişə əsasən hazırda Akademiyada Tacikistan vətəndaşları olan kursantlar da təhsil alırlar. Onlardan 6-sı 2023-cü ilin buraxılış mərasimində leytenant rütbəsi alıb və xidmətlərini Tacikistanda davam etdirirlər. Ümumiyyətlə, hazırda 18 əcnəbi burada təhsilini davam etdirir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM