Modern.az

Ötən gün 22 kq-dan çox narkotik aşkarlandı

Ötən gün 22 kq-dan çox narkotik aşkarlandı

Aktual

9 Yanvar 2024, 09:57

Polis əməkdaşlarının yanvarın 8-də ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqram 940 qram heroin, 7 kiloqram 727 qram marixuana, 1 kiloqram 23 qram tiryək, 2 kiloqram 220 qram metamfetamin, həmçinin 1048 ədəd metadon həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM