Modern.az

Daha bir uşaq qızılcadan öldü: 1-ci sinifdə oxuyurdu... - FOTO

Daha bir uşaq qızılcadan öldü: 1-ci sinifdə oxuyurdu... - FOTO

Ölkə

9 Yanvar 2024, 10:16

Azərbaycanda daha bir uşaq qızılcanın qurbanı olub.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakıda baş verib.

 

Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

 

Qeyd edək ki, Azərbayanda son aylarda uşaqlar arasında qızılcadan 10-a yaxın uşaq həyatını itirib. Bundan əvvəl Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşları qızılcaya yoluxub. Yanvarın 5-də Məmişov Yusifin vəziyyəti ağırlaşıb, ertəsi gün ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib.

 

Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib.

1313785

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal