Modern.az

Təşviqat üçün görüş yerlərinin siyahısı açıqlandı: Laçın, Şuşa, Zəngilan da var...

Təşviqat üçün görüş yerlərinin siyahısı açıqlandı: Laçın, Şuşa, Zəngilan da var...

Aktual

9 Yanvar 2024, 10:36

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb.

 

Modern.az xəbər verir ki, siyahı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.

 

Daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

 

Siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub. MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

 

Siyahı ilə tanış olmaq üçün bu linkə keçid edin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi