Modern.az

Azad edilmiş ərazilərdə təşviqat üçün görüş YERLƏRİ

Azad edilmiş ərazilərdə təşviqat üçün görüş YERLƏRİ

Aktual

9 Yanvar 2024, 11:08

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.

 

Modern.az xəbər verir ki, Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb.

 

Siyahı aşağıdakı kimidir:

 

121 saylı Laçın seçki dairəsində:

 

Açıq məkan: Laçın şəhəri bulvar ərazisi Laçın şəhəri və Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısı

Qapalı məkan: Lasinema Kino Mərkəz və Zabux kənd tam orta məktəbin akt zalı

 

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində:

 

Qapalı məkan: Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalı

 

125 saylı Zəngilan Qubadlı seçki dairəsində:

 

Açıq məkan: Ağalı kəndi, Fəvvarələr meydanı

Qapalı məkan: Ağalı kənd tam orta məktəbin akt zalı

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI