Modern.az

Azərbaycanda rekord sayda insan işlə təmin olunub - Agentlik sədri

Azərbaycanda rekord sayda insan işlə təmin olunub - Agentlik sədri

Aktual

9 Yanvar 2024, 11:38

2023-cü ildə Azərbaycanda rekord sayda insan işlə təmin olunub.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi mətbuat konfransında söyləyib.

 

M.Abbasbəyli bildirib ki, bu göstərici digər illərə nisbətən rekord sayda olub. Belə ki, 2021-ci ildə 77 min 640 nəfər, 2022-ci ildə isə 39 min 248 nəfər işlə təmin olunub. 2023-cü ildə bu göstərici 118 min 398 olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi