Modern.az

Rövnəq Abdullayev klubları cərimələdi

Rövnəq Abdullayev klubları cərimələdi

24 Sentyabr 2013, 14:23

“Azal” klubu rekord məbləğdə cərimələndi

Bu gün AFFA-nın İntizam Komisiyası növbəti iclasını keçirib. Modern.az xəbər verir ki, Komitənin qərarına görə, “Simurq”un 5 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimələnib. “Qarabağ” isə azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 2000 manat cərimə ödəyəcək. Görüşün 90+3 dəqiqəsində “Simurq” futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq, klub isə 4000 manat cərimə olunub.

Bundan başqa, “Azal” 7200 manat, “Xəzər-Lənkəran” 100 manat cərimə ödəməli olacaq.

Abbas Qəmli

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?