İranın yeni təyin olunmuş Xarici İşlər Nazirliyinin qadın sözçüsü Mərziyyə Əfxəm Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışıb. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bu gün keçirdiyi brifinqdə XİN rəsmisi ölkəmizdəki prezident seçkilərinin perspektivini şərh edib. Jurnalistlərin suallarını cavablandıran M. Əfxəm Azərbaycandakı prezident seçkilərinin xalqın istəyi və tələbi ilə gerçəkləşəcəyinə ümid etdiyini vurğulayıb. O, ABŞ-ın Azərbaycana seçki müdaxiləsi məsələsinə toxunaraq bildirib ki, bu cür məsələlər yolverilməzdir.
“Dünyanın heç bir yerində, heç bir ölkənin daxili məsələləri, o cümlədən seçkilərinə müdaxilə yolverilməzdir. Xüsusi ilə ABŞ və yaxud İsrail rejimi bunu edə bilməz”-deyə XİN sözçüsü söyləyib.
Nazirlik təmsilçisi Azərbaycandakı seçkilərin şəffaf və demokratik şəraitdə baş tutacağına da əminliyini ifadə edib.
Aqşin Kərimov